AZ

Erməni müxalifətinin təklifi rədd edildi: Parlament "artsax" mövzusundan imtina etdi

Uzun müddətdir ki, Ermənistan müxalifəti parlamentdə özünü buraxmış qondarma "artsax"la bağlı “İstintaq - təhqiqat Komissiyası" nın yaradılması ilə bağlı təkliflər səsləndirirlər.

Adalet.az
xəbər verir ki, Qarabağı könüllü tərk edən ermənilərin həyat şəraitinin öyrənilməsi üçün parlamentdə təhqiqat komissiyasının yaradılmasını təklifi birmənalı qarşılanmayıb . Beləki, parlament müxalifətinin təklif etdiyi məsələnin müzakirəsi zamanı “Mülki müqavilə” fraksiyasının deputatı Hayk Konjoryan çıxış edərək layihənin əleyhinə səs verəcəklərini açıqlayıb.
Konjoryanın sözlərinə görə, parlament funksiyaları çərçivəsində müxalifət həmkarlarının sual vermək və onları maraqlandıran bütün məlumatları tapmağa çalışmaq üçün bütün imkanları var.
Qeyd edək ki, müzakirələr zamanı məsələyə 28 deputat isti baxıb, qalan 56 deputat isə əleyhinə çıxıb.
Əntiqə Rəşid

Seçilən
22
adalet.az

1Mənbələr