AZ

Dünya şöhrətli alim Məsud Əfəndiyev Fields İnstitutunda keçirilən konfransda dəvətli məruzəçi qismində çıxış edib

Bakı. Trend:

Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Mərkəzininprofessoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdarelm xadimi Məsud Əfəndiyev Kanadada professor SivabalSivagonathanana həsr olunmuş “Hesablamada sərhədlər və Riyazi Tibb”(Frontiers in Computational and Mathematical Medicine) adlı nüfuzlubeynəlxalq elmi konfransda iştirak edib.

Fields İnstitutunun dəvəti ilə məruzəçi qismində konfransaqatılan dünyaşöhrətli alim burada məruzə ilə çıxış edib. Alimməruzəsində riyaziyyatın biologiyaya tətbiqi və aldığı sonnəticələr barədə danışıb.

Professor Məsud Əfəndiyev səfəri çərçivəsində Fieldsİnstitutunun Riyaziyyat Tibb Mərkəzində (Center of MathematicalMedicine) təşkil olunan elmi seminarda da çıxış edib.

Bildirək ki, belə dəvətli məruzələr riyaziyyat elmində xüsusitöhfələri olan alimlərə təklif olunur. Bu töhfələrinə görə MəsudƏfəndiyev ötən il Fields İnstitutunun riyaziyyat elmləri sahəsindəaraşdırmalar üzrə ömürlük mükafatına da layiq görülüb.

Dünya şöhrətli alim konfransdan sonra Azərbaycanın aparıcı alitəhsil müəssisələri, o cümlədən Azərbaycan Memarlıq və İnşaatUniversiteti (AzMİU) ilə Fields İnstitutu arasında əməkdaşlıqməsələrini müzakirə edib.

Qeyd edək ki, Məsud Əfəndiyev, AzMİU ilə bir sıra elmifəaliyyətlərdə yaxından əməkdaşlıq edir, xarici elmi əlaqələrinqurulmasında və möhkəmlənməsində, elmi nəşrlərlə bağlı məsələlərdəöz köməyini əsirgəmir. Professor Məsud Əfəndiyev bütövlükdəAzərbaycan alimlərinin, xüsusilə riyaziyat üzrə elm adamlarınındünya elm arenasına inteqrasiyası ilə bağlı aktiv fəaliyyətgöstərir. Görkəmli alim bir neçə dəfə AzMİU-nun qonağı olub,professor-müəllim heyəti, tələbələrlə görüşüb, universitetdəkeçirilən “Riyaziyyat, mexanika və tətbiqlərinin müasirproblemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransda elmiməruzə ilə çıxış edib.

Dünya
Dünya
Dünya
Seçilən
9
2
az.trend.az

3Mənbələr