AZ

Adil Kərimli: Doğma yurdlarına qayıdan insanların kitablara əlçatanlığının təmin edilməsi əsas fəaliyyət istiqamətlərindən biridir

Adil

Bakı, 2 oktyabr, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bərpa-quruculuq işləri görülür. Xüsusilə də mədəniyyət sahəsində aparılan bərpa-quruculuq işləri intensiv həyata keçirilir. Bunların əsas istiqamətlərindən biri də kitabxanaların bərpasıdır.

AZƏRTAC xəbər verir ki, bunu X Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə həyat canlanır. Doğma yurdlarına qayıdan insanlar üçün həmin yerlərdə əsas fəaliyyət istiqamətlərindən biri də onların kitablara əlçatanlığının təmin edilməsidir.

"Ağdamda yaradılan "İmarət kompleksi"ndə kiçik də olsa kitabxana fəaliyyəti var. Həmin ərazilərdə artıq kitab işi canlanıb və gələcəyə doğru ciddi layihələrimiz var. Mədəniyyət infrastrukturu istiqamətində dövlət qurumlarında iş aparılır və əminik ki, çox qısa zamanda peşəkar kitabxanalar da oxuculara təqdim ediləcək", - deyə nazir diqqətə çatdırıb.

 

Seçilən
7
3
azertag.az

4Mənbələr