AZ

Rusiya Krım körpüsünün müdafiəsini gücləndirir - Fotolar

Rusiya

Rusiya Krım körpüsünü Ukraynanın mümkün hücumlarından, xüsusən də dəniz pilotsuz təyyarələrindən qorumaq üçün tədbirləri gücləndirir.

Reyting.az
xəbər verir ki, bunu “Maxar Technologies” tərəfindən çəkilmiş yeni peyk şəkilləri sübut edir.

“Business Insider”in əldə etdiyi görüntülər Krımda Kerç körpüsü ətrafında müdafiə tədbirlərinin gücləndirildiyi göstərir.

Xatırladaq ki, mayın əvvəlində Rusiya körpünün cənub tərəfində onu və gəmi kanalını Ukraynanın mümkün dron hücumlarından qorumaq üçün barjalar yerləşdirməyə başlayıb. Bununla belə, Qərb kəşfiyyatının məlumatına görə, bəzi maneələr fırtına nəticəsində zədələnib.

İyun ayına qədər qoruyucu tədbirlər əlavə barjalar və körpüyə paralel üzən maneələrlə gücləndirilib. Yeni peyk görüntüləri körpünü qoruyan barjaların sayında əhəmiyyətli artım olduğunu göstərir.

Qeyd edək ki, Ukrayna Rusiya hərbi gəmilərini və Qara Dəniz Donanmasını hədəfə almaq üçün öz dəniz pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir və bu, Moskvanı Kerç körpüsü, Sevastopol və Novorossiysk limanları kimi əsas obyektlərin mühafizəsini gücləndirməyə sövq edir.




ELÇİN
Seçilən
4
reyting.az

1Mənbələr