AZ

İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib

İranın hücumu nəticəsində İsrailin mərkəzindəki Hod Haşaron şəhərində 100-ə yaxın evə ziyan dəyib. Bu barədə Qalei İDF radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, bəzi evlərə ciddi ziyan dəyib.

Eyni zamanda, radiostansiya qeyd edir ki, xəsarət alan olmayıb.
 
Bir gün əvvəl İran İsraili raket atəşinə tutub. Nəticədə İsrailə 100-dən çox raket atılıb. 
 
Ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
 
İsrail əhalisinə təcili olaraq sığınacaqlara getmək əmri verilib.
 
Aytac 

www.anews.az
Seçilən
37
anews.az

1Mənbələr