AZ

ÇL: İranlı hücumçu “İnter”in məqsədini açıqladı

İranlı hücumçu Mehdi Taremi UEFA Çempionlar Liqasının cari mövsümündə “İnter”in hədəfindən danışıb.Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “İnter”in futbolçusu məqsədlərinin finala çıxmaq olduğunu bildirib:“İnter” top-klubdur. Ona görə də, məqsədimiz Çempionlar Liqasının finalına çıxmaqdır. Komandamız hər görüşdə qələbə qazanmağa çalışmalıdır. Biz addım-addım irəliləyəcəyik”.“İnter” ötən gün “Srvena Zvezda” ilə qarşılaşıb. Milan klubu 4:0 hesablı qələbəni bayram edib. Komandanın qollarından birini Taremi vurub.Simone İnzaqinin yetirmələri 3-cü turda İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşacaq.

Seçilən
30
komanda.az

1Mənbələr