AZ

Pentaqon rəhbəri: “İranın bu aqressiv hərəkətini pisləyirik”

“İsrailin və regiondakı tərəfdaşlarımızın müdafiəsini dəstəkləyəcəyik”
“Biz İranın bu aqressiv və ciddi hərəkətini pisləyirik və İranı növbəti hücumları, o cümlədən terror qruplarının hücumlarını dayandırmağa çağırırıq". AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
ABŞ-ın müdafiə naziri bildirib ki, oktyabrın 1-də İranın İsrailə atdığı 181 raketdən 12-si ABŞ tərəfindən zərərsizləşdirilib: “Bununla ABŞ İsrailin müdafiəsində əməkdaşlıq öhdəliyini yerinə yetirib”.
Pentaqon rəhbəri əlavə edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki qüvvələrini və maraqlarını müdafiə etməkdən heç vaxt çəkinməyəcək: “İsrailin və regiondakı tərəfdaşlarımızın müdafiəsini dəstəkləyəcəyik”.

Seçilən
9
ayna.az

1Mənbələr