AZ

AZAL “AerCap” şirkətindən altı yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyükaviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altıyeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqaviləimzalayıb. Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarındanbaşlayaraq həmin ilin sonunadək üç A320neo və üç A321neotəyyarəsinin tədarükü planlaşdırılır.

Sənəd “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayevvə “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Andersontərəfindən imzalanıb.

“Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur A321neotəyyaralərinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədəyeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizinehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək,eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinətöhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq vəxidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanlarıyaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq.Bundan əlavə, “AerCap” kimi böyük bir şirkətlə müqaviləninbağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimadamalik olduğunu bir daha sübut edir,” – deyə AZAL QSC-nin prezidentiSamir Rzayev bildirib.

Qeyd edək ki, A321neo təyyarələri ilk dəfədir ki, AZAL-ındonanmasında təqdim ediləcək. A321neo təyyarələrinin Türkiyə, YaxınŞərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyiplanlaşdırılır. A320neo-ların isə Avropa və Asiya marşrutlarındaistifadə olunması nəzərdə tutulur.

“AerCap” AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onlarıntəyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstəkolmaqdan məmnundur. A320neo və A321neo dünyada ən çox tələb olunantəyyarələrdən hesab olunur. Bu təyyarələr AZAL-a həm daha çoxistiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasınıbazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edəntəyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına buməqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətlitərəfdaşlığımıza ümid edirik,” – deyə “AerCap” şirkətinin başkommersiya direktoru Piter Anderson bildirib.

“Airbus A320neo” və “Airbus A321neo” qısa və orta məsafəliuçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Həriki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıranmüasir idarəetmə sistemləri ilə təchiz edilib.

Təkmilləşdirilmiş aerodinamikası sayəsində A320neo və A321neohəm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətlidərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiqaviaşirkətlər üçün cəlbedici edir.

Qeyd edək ki, AZAL 2025-ci ilin iyul və sentyabr aylarında dahaiki “Airbus A320neo” təyyarəsini əməliyyat lizinqi çərçivəsindəəldə etməyi planlaşdırır.

Seçilən
8
37
az.trend.az

10Mənbələr