"Sevilya"dan ayrılandan sonra klubsuz qalan Serxio Ramosun transferi son anda baş tutmadı.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu ilə Misirin "Zamalek" klubu arasında danışıqlar prossesi gedirdi. Lakin razılıq baş tutmayıb. Bu barədə İspaniya mediasından "Marca" məlumat yayıb.

Keçidin alınmamasına səbəb Ramosun daha çox maaş istəməsi olub. 

Qeyd edək ki, təcrübəli müdafiəçi ötən mövsüm meydana çıxdığı 37 matçda 7 qola və 1 məhsuldar ötürməyə imza atıb.