AZ

Artetanın qələbə şərhi

“Komandamın oyunundan məmnunam. Güclü rəqibə qarşı yaxşı təsir bağışladıq”. Matc.az xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Mikel Arteta deyib. UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Arsenal” öz meydanında PSJ-ni 2:0 hesabı ilə məğlub edib. “Topçuların” ispan çalışdırıcısı Mikel Arteta qarşılaşma barədə bunları deyib: “İlk hissədə üstünlük bizdə idi, çoxlu sayda qol epizodları yaratdıq. İkinci hissədə isə oyun dəyişdi. Buna baxmayaraq, lazım olanı edə bildik və vacib qələbə qazandıq”.

Seçilən
4
matc.az

1Mənbələr