AZ

Fiziki şəxslərin müddətli əmanətləri 8,2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 avqust tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard 891 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 13,2% və ya 1 milyard 615 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 8 milyard 215 milyon manatı (59,1%) müddətli, 5 milyard 676 milyon manatı isə tələbli depozitlər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
10
banco.az

1Mənbələr