AZ

"Yaşıl" iqtisadiyyata keçid işçi qüvvəsinin hərəkətliliyinin artırılmasını tələb edir - Sahil Babayev

Bakı. Trend:

"Yaşıl" iqtisadiyyata keçid işçi qüvvəsinin hərəkətliliyininartırılmasını və onun yenidən peşəkar hazırlıq və adaptasiyaşəraitinin yaradılmasını tələb edəcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri SahilBabayev Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsiçərçivəsində keçirilən beynəlxalq konfransın üçüncü gününün açılışmərasimində bildirib.

Nazir qeyd edib ki, araşdırmalar göstərir ki, "yaşıl"iqtisadiyyata keçid əmək bazarına ciddi təsir göstərəcək, yeni işyerləri açılacaq, lakin neft və qaz hasilatı kimi ənənəvi sahələrdəstruktur dəyişikliyinə səbəb olacaq.

"Bu transformasiyanın sürəti və keyfiyyəti, əsasən, ixtisaslımütəxəssislərin hazırlanmasından və işçi qüvvəsinin idarəedilməsinin effektivliyindən asılı olacaq. Digər tərəfdən,rəqəmsallaşma və yeni texnologiyaların inkişafı əmək bazarındakıdəyişiklikləri sürətləndirəcək, yeni peşələr və ixtisaslaryaradacaq, mövcud bacarıqların tez köhnəlməsinə gətirib çıxaracaq.Bu, işçi qüvvəsinin hərəkətliliyinin artırılmasını və onun yenidənpeşəkar hazırlıq və adaptasiya şəraitinin yaradılmasını tələbedəcək", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, "yaşıl" iqtisadiyyata keçid şəraitindəvətəndaşların əmək və sosial hüquqlarının müdafiəsi insankapitalının inkişafı konsepsiyasının vacib elementinə çevrilir.

"Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycan üçün də buməsələ xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatlarınməlumatlarına görə, son illərdə bir çox inkişaf etmiş ölkələrdəmilli sərvətin strukturunda əhəmiyyətli dəyişikliklər müşahidəolunur", - o əlavə edib.

Nazir vurğulayıb ki, sosial müdafiə sistemi "yaşıl"iqtisadiyyata keçid prosesini dəstəkləməli və yeni şəraitəuyğunlaşmalıdır.

"Azərbaycan regional və qlobal çağırışlara baxmayaraq,əhalisinin rifah səviyyəsini artırmağa davam edir və bunu özününprioritet vəzifəsi kimi müəyyən edir. Prezident İlham Əliyevinrəhbərliyi ilə güclü sosial dövlət quruculuğu siyasəti həyatakeçirilir. Bu siyasətin mühüm elementləri sosial proqramların əhatədairəsinin və ünvanlılığının genişləndirilməsi, sosial təminatxidmətlərinə çıxışın sadələşdirilməsi və sosial xidmətləringöstərilməsində innovativ texnologiyaların tətbiqidir ki, bu daaztəminatlı ailələrə effektiv yardım göstərməyə imkan yaradır", -nazir qeyd edib.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr