AZ

Aktyor: “Kişi yanlış qadını seçir, qadın isə doğru kişini atır”

“2 il Türkiyədə qaldım işlədim. Pulundan razı idim, istədiyimdən artıq ödəniş edildi. Özəl maşın ayrılmışdı, hər şey yolunda idi”.

Medianews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “İncə səhər” verilişində deyib.

O, pandemiyadan əvvəl fəaliyyətini daha yaxşı olmasından söz açıb: “Pandemiyadan əvvəl Azərbaycanda ən bahalı aktyor idim. Bütün təkliflər mənə gəlirdi. İrandan, Türkiyədən təkliflər dayanmırdı. Bir burulğan idi. Pandemiyadan sonra tam oturdu, dedim, dörd divar arasındakı Elməddin. Sakitləşdim”.

Qadın-kişi münasibətindən danışan Elməddin “Kişilər hər zaman yanlış qadını seçir. Qadınlar isə hər zaman doğru kişini atırlar. Faciə isə buradan başlayır” sözlərini söyləyib.

Seçilən
7
2
medianews.az

3Mənbələr