AZ

Təbrizdə tarixi hamam məhv olur

Təbrizin tarixi Dəvəçi məhəlləsində yerləşən və nadir memarlıq abidələrindən sayılan Dəvəçi karvansarası və hamamı" dağılmaq üzrədir.

Bu barədə mədəni fəallar məlumat yayıblar.

Qacarlar hakimiyyəti dövründə inşa edilən karvansara və hamam, bələdiyyə, Mədəni İrs Təşkilatı və başqa əlaqədar dövlət qurumlarının diqqətsizliyi səbəbindən xarabaya çevrilib.

Mədəni fəalalrın bildirdiyinə görə, adı çəkilən qurumlara bir neçə dəfə müraciət edilsə də, tarixi abidələrinin qorunması və bərpası ilə bağlı addım atılmayıb.

Dəvəçi karvansarası və onun içində olan hamam 1879-cu ildə inşa edilib. 

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Tikantəpədə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr