AZ

UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsiri böyükdür

Dünyada 1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayırlar.

News365.az xəbər verir ki, bunu UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullah "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində ADA universitetində baş tutan "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, iqlim böhranı uşaqların hüquqlarına aid böhrandır: "1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayır. Son 30 il ərzində uşaqlara lazımi diqqət yetirilirmirdi, son 2 ildə isə iqlim dəyişikliyi məsələsində uşaqlara təsirinə diqqət çəkilir".

UNİCEF rəsmisi bildirib ki, iqlim dəyişikliyi uşaqların əqli inkişafına təsir edir: "Bundan başqa, uşaqlar təhsil imkanlarından da məhrum ola bilirlər. Xəstəliklərin 88 %-i iqlim dəyişikliyi səbəbindən yaranır və 5 yaşa qədər olan uşaqlar bundan təsirlənirlər. Bütün bu statistikalar göstərir ki, iqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür".

Seçilən
16
2
news365.az

3Mənbələr