AZ

İtaliyadan Azərbaycana gətirilən bu kapsullar saxta çıxdı

İtaliyadan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Viral.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində “Novator Farma” MMC-nin İtaliyadan idxal etdiyi “Gricar Chemical S.r.l” müəssisəsinin istehsalı olan, ümumi sayı 15 034 ədəd “Zeolimed, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (06.05.2024-06.05.2027-ci il istehsal və son istifadə tarixli, P119 partiya nömrəli) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Son Yazılar:

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

Seçilən
5
11
viral.az

10Mənbələr