AZ

Bu liqada qalmaqallı an yaşandı, reaksiya sərt oldu - VİDEO

Türkiyə Super Liqasında qalmaqallı an yaşanıb.

Sportinfo.az xəbər verir ki, bu, VII turda keçirilən “Kayserispor” - “Beşiktaş” matçında baş verib.

Belə ki, Kayseri təmsilçisinin qolkiperi Bilal Bayazıt qapı zərbəsini yerinə yetirərkən topu ayağı ilə müdafiəçi Kartal Kayraya ötürüb. Bu zaman Kayra topu əli ilə düzəldərək zərbəni yenidən yerinə yetirib.

Hakimin bu epizoda penalti verməməsi “Beşiktaş”ın sərt reaksiyalarına səbəb olub. İstanbul təmsilçisinin ehtiyat oyunçular skamyasında əyləşən qapıçısı Ersin Destanoğlu etirazlarına görə sarı kart alıb.

“Beşiktaş” sözügedən qarşılaşmada “Kayserispor”u 3:0 hesabı ilə məğlub edib.

Sözügedən epizodu təqdim edirik:

Seçilən
39
sportinfo.az

1Mənbələr