AZ

Şolts İranı Yaxın Şərqdə “yanğın törətməkdə” ittiham edib

Olaf Şolts deyib ki, İranın hərəkətləri bütün Yaxın Şərqi “yandırmaq” riski daşıyır...

Almaniya kansleri Olaf Şolz İran və Hizbullahı İsrailə hücumları dərhal dayandırmağa çağırıb. Kanslerin sözlərinə görə, Tehran öz hərəkətləri ilə həm də bütün Yaxın Şərqdə “yanğın törətmək” riskini daşıyır.

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri yazır.

Nəşr qeyd edir ki, kansler İranın oktyabrın 1-də İsrailə raket hücumunu “mümkün olan ən sərt şəkildə” pisləyib.

İranın hərəkətləri bütün bölgəni “yandırmaq” riski daşıyır. Nəyin bahasına olursa olsun bunun qarşısı alınmalıdır. “Hizbullah” və İran dərhal İsrailə hücumlarını dayandırmalıdır”, deyə Şolts bəyan edib.

Kansler Almaniyanın öz tərəfdaşları ilə atəşkəs üzərində işləməyə davam edəcəyinə əmin edib.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr