AZ

Əsir götürülmüş 16 ukraynalı əsgərin Rusiya hərbçiləri tərəfindən qətlə yetirildiyini açıqlanıb

Əsir

Ukrayna Baş Prokurorluğu Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 16 əsgərinin Rusiya hərbçiləri tərəfindən qətlə yetirildiyini açıqlayıb.Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiya hərbçiləri Donetsk vilayətinin Pokrovski rayonunun Nikolaevka və Suxoy Yar kəndləri yaxınlığında 16 ukraynalı hərbi əsiri öldürüblər. Faktla bağlı müharibə qanunlarını və adətlərini pozma maddəsi (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə ibtidai istintaq başlayıb. Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının pozulması ilə bağlı BMT-yə və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət edib.Bundan əvvəl Telegram kanallarında Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş əsgərlərinin cərgəyə düzüldüyü, daha sonra onlara atəş açdığı, yaralıların isə pulemyotdan atəşə tutulması ilə bağlı video yayılıb.Eltun Məmmədov

Diqqət Çəkənlər

Hizbullah Həsən Nəsrullahı əvəz edəcək şəxslə bağlı xəbərləri təkzib etd

İranın daxili və xarici reysləri dayandırıldı

SEPAH İsrailə hücum əmri verib

Seçilən
10
ulusum.az

1Mənbələr