AZ

Konfrans Liqasında Liqa mərhələsinə start verilir

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yeni formatda keçirilən Liqa mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutacaq.

Tur Türkiyə və Portuqaliyadakı görüşlərlə başlayacaq. “Başakşəhər” evdə Vyana “Rapid”ini sınağa çəkəcək. Günün digər oyununda “Vitoriya” “Çelye” ilə üz-üzə gələcək. Hər iki oyuna eyni saatda start veriləcək.

Xatırladaq ki, Avropa Konfrans Liqasında Liqa mərhələsinin ilk turuna oktyabrın 3-də yekun vurulacaq.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
2 oktyabr

18:30. Başakşəhər (Türkiyə) – Rapid (Vyana, Avstriya)
18:30. Vitoriya (Portuqaliya) – Çelye (Sloveniya)

Seçilən
11
arena.az

1Mənbələr