AZ

“Britaniya Ukraynaya qoşun göndərməlidir” - Sabiq müdafiə naziri

Putin məğlub ola bilər və məğlub olmalıdır, bunun üçün Britaniya öz qoşunlarını Kiyevə yardıma göndərməlidir. 

“AzPolitika” xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles “The Telegraph”dakı yazısında deyib.

O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə son səfəri zamanı Qərbin Rusiyaya qarşı güc nümayiş etdirməsinə nail olmağa çalışıb. Onun fikrincə, Ukrayna lideri Ağ Evə konkret planla gəlsə də, oradan “çətin ki, isti sözlərdən başqa nə iləsə ayrılsın”.

Uolles əmindir ki, Qərbin Ukraynaya mərhələli yardım siyasəti nəticə vermir. Onun fikrincə, Putinin səhv olduğunu sübut etmək üçün bir yol var və bu yol “liderlik, qeyri-populyar qərarlar və risk” tələb edir: "Ukrayna qalib gələ bilər, Putin uğursuzluğa düçar ola bilər və olmalıdır. Qətldən, işğaldan və təhdidlərdən istifadə edən bu rəzil kiçik diktator bizim gələcəyimiz naminə qalib gələ bilməz. Biz Ukrayna ordusuna təlim keçmək və onu saxlamağa kömək etmək üçün qoşun göndərməliyik. Döyüşmək üçün deyil, arxa eşelonlarda hamımızın göndərdiyi texnikanın istiafdəsinə kömək etməliyik”. O, həmçinin bu fikirdədir ki, Britaniya Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığın əldə olunmasına kömək etməlidir.

“AzPolitika.info”

Seçilən
8
1
azpolitika.info

2Mənbələr