AZ

Köhnə qatarlar metroda istismardan nə vaxt çıxarılacaq?

Bakı. Trend:

"Bakı Metropoliteni" QSC-də intervalın azalması qatarlarınsayının artırmasından asılı deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərəaçıqlamasında "Bakı Metropoliteni"nin depolar üzrə işdepartamentini rəisi Faiq Əhmədov bildirib.

Departament rəisi həmçinin qeyd edib ki, köhnə nəsilqatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ciilədir.

Onun sözlərinə görə, o müddətə qədər bu qatarlardan istifadəolunacaq.

"Ancaq köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il birqatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının50 faizi yenilənib. Hər il bir neçə köhnə qatar istismardançıxarılacaq və tədricən köhnə nəsil qatarlar istismardançıxarılaraq yeni nəsil qatarlar bütün xətləri əhatə edəcək",- deyəF.Əhmədov bildirib.

Seçilən
9
8
az.trend.az

9Mənbələr