AZ

Vətən Müharibəsi Qəhrəmanının qızı cüdo üzrə Respublika birincisi oldu

QHT.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva cüdo üzrə U-18 yeniyetmə qızlar arasında 36 kq çəki dərəcəsində Respublika birincisi olub.

Bu möhtəşəm nailiyyət, Ləman Niftəliyevanın mübarizliyi və idmana olan sevgisinin nəticəsidir. Cüdo yarışında göstərdiyi yüksək performansla Ləman, həm atasının, həm də Azərbaycanın adını daha da yüksəldib.

Ləman Niftəliyevanı qazandığı bu uğur münasibətilə təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq! Qürur duyuruq

Seçilən
12
qht.az

1Mənbələr