AZ

“Hizbullah” İsrailə raket zərbələri endirib

“Hizbullah” İsrailin şimalındakı hərbi kazarmalara və yaşayış məntəqələrindəki İsrail əsgərlərinə raket zərbələri endirib.

"Cebheinfo.az" xəbər verir ki, “Hizbullah” İsrailə qarşı hücumlarla bağlı  “Telegram” sosial şəbəkə platformasında bir sıra açıqlamalar verib.

Məlumatda İsrailin şimalında sərhəd xəttində yerləşən Şumira kazarmasındakı hərbi qruplaşmanın bir sıra raketlərlə birbaşa hədəfə alındığı bildirilib.

Bundan əlavə, Livan sərhədində yerləşən Misgav Am yəhudi qəsəbəsində böyük bir İsrail piyada birliyinin raket və top atəşi ilə hücumlarda dəqiq vurulduğu bildirilib.

Livan sərhədi yaxınlığındakı Ştula qəsəbəsinə 2 “Burkan” raketi ilə dəqiq hücumun həyata keçirildiyi də qeyd edilib.

Digər tərəfdən İsrailin "Yediot Ahronot" qəzeti İsrailin şimalındakı Yuxarı Cəlil bölgəsində sirenlərin çaldığını və Livandan atılan raketlərin açıq əraziyə düşdüyünü açıqlayıb.

“Hizbullah”ın başqa bir bəyanatında isə Livan sərhədi yaxınlığındakı Kiryat Şimona qəsəbəsində bir qrup İsrail əsgərinin və artilleriya mövqelərinin bir sıra raketlərlə vurulduğu bildirilib.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr