AZ

"Turan Tovuz"un forvardı: "Bəlkə daha tez qayıtdım"

Misli Premyer Liqasının 6-cı turunda "Sabah"la görüşdə zədələnən "Turan Tovuz"un hücumçusu Aleks Souza hələ ki, komandadan uzaq düşüb.

Braziliyalı forvard hazırda müalicə olunur. Sportal.az saytına qısa açıqlama verən Aleks hazırkı vəziyyətini belə dəyərləndirib:

"Ayaq biləyimdən zədələnmişdi. Hazırda fizioterapiya ilə məşğulam. Bir də, trenajorda məşq edirəm. Yəqin ki, iki həftəyə məşqlərə qoşularam. Bəlkə daha tez qayıtdım. Özüm də oynamaq istəyirəm və çalışıram ki, tez bir zamanda sağalım, məşqləri bərpa edim".

saytlarin hazirlanmasi

Seçilən
4
sportal.az

1Mənbələr