AZ

Salome Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamayıb

Gürcüstan prezidenti Salome Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası əməkdaşı TASS-a məlumat verib.

"Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamadı. Eyni zamanda, o, qanuna veto qoymadı. Sadəcə olaraq onu imzalamadı və parlamentə qaytardı", deyə Zurabişvilinin administrasiyasının əməkdaşı qeyd edib.

Rəsmi xatırladıb ki, Gürcüstan qanunvericiliyi müvafiq proseduru nəzərdə tutur.

Sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü yekun oxunuşda LGBT təbliğatına qarşı qanunu qəbul edib. Parlamentin 84 deputatı müvafiq qanun layihəsinin qəbul edilməsinə yekdilliklə səs verib.

Qanun layihəsi prezident Salome Zurabişvili tərəfindən imzalandıqdan sonra qüvvəyə minməlidir. Lakin müxalifət qanun layihəsinə səsvermədə iştirak etməyib.

Sentyabrın 4-də gürcü deputatlar ikinci oxunuşda qeyri-ənənəvi münasibətlərin təşviqinə qarşı qanun layihələri paketini qəbul ediblər.

Poliqon.info

Seçilən
12
16
poliqon.info

10Mənbələr