AZ

“Ayətullah rejimi qırmızı xətti keçdi” - İsrail XİN rəhbəri

“İranın ötən axşam raket hücumuna görə İsrail Tehrandan qisasını alacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz özününü “X” sosial media hesabında məlumat yayıb.

“Dünyanın hər yerindən liderlərin və xalqların dəstəyi, habelə həmrəyliyi heç vaxt unudulmayacaq. Dostlarımızın kim olduğunu bilirik. Ayətullah rejimi qırmızı xətti keçdi və İsrail dövləti İranın vətəndaşlarımıza qarşı vəhşicəsinə hücumu qarşısında səssiz qalmayacaq. Bütün azad dünya çox gec olmadan İranın şər oxunu dayandırmaq üçün İsrailin yanında olmalıdır”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr