AZ

Rəcəb Tayyib Ərdoğan və Aleksandr Stubb birgə mətbuat konfransında çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə ikitərəfli əlaqələrin və NATO çərçivəsində əməkdaşlığın bundan sonra da güclənəcəyinə inandığını bildirib.
Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə rəsmi səfər edən Finlandiya prezidenti Aleksandr Stubb təkbətək görüşdən sonra heyətlər arasında baş tutan görüşə sədrlik ediblər. Liderlər görüşlərdən sonra birgə mətbuat konfransında çıxış ediblər.
Finlandiya ilə diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümündə prezident Stubbu qəbul etməkdən məmnunluğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan Finlandiyanın Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesinə dəstəyini artırmağa davam edəcəyinə dair gözləntilərini Stubb ilə bölüşdüyünü bildirib.
"Finlandiyada yaşayan vətəndaşlarımız və tatar icması əlaqələrimizin inkişafına böyük töhfə verir. İnanıram ki, ikitərəfli əlaqələrimiz və NATO çərçivəsində əməkdaşlığımız möhkəm təməllər üzərində daha da güclənəcək",-deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Türkiyə ilə münasibətlərin hər zamankindən daha sıx olduğunu bildirən Aleksandr Stubb deyib: “Türkiyə həqiqətən Qərblə Şərq arasında körpüdür və mən hesab edirəm ki, Türkiyənin çoxqütblü dünyada rolu hər zamankindən daha vacibdir”.



Seçilən
11
trt.net.tr

1Mənbələr