AZ

İcra başçısı BMT-nin Merlərin Forumunda iştirak edib

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 30 sentyabr - 01 oktyabr 2024-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammitində iştirak edib.

Ucnoqta.az xəbər verir ki, Faiq Qürbətov sammitin ümumi iclaslarından əlavə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molcean, BMT-nin Cenevrə bölməsinin (UNOG) Baş direktoru ofisinin rəhbəri xanım Lidiya Grigoreva, BMT-nin Cenevrə ofisindəki Azərbaycan Respublikasının Daimi Nümayəndəsi Qalib İsrafilov və digər şəxslərlə görüşlər keçirib.

Sammitdə ayrı-ayrı sahələr üzrə şəhərlərin gələcəyi istiqamətində müzakirələr aparılıb.

Seçilən
20
ucnoqta.az

1Mənbələr