AZ

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ 4 MİNƏDƏK ŞƏXS İTKİN DÜŞÜB - DTX SƏDRİ

Dövlət Komissiyasında 1 oktyabr 2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır.

Onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşmüşdür.

TEZADLAR.AZ xəbər verir ki, bunu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

Ə.Nağıyev bildirib ki, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir.

“30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir”, - deyə Ə. Nağıyev qeyd edib.

Seçilən
18
30
tezadlar.az

10Mənbələr