AZ

Paşinyanın da öz “qırmızı xətti” varmış – Şərh

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında qeyd edib ki, insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir. Tribunainfo.az məlumat verir ki, erməni baş nazir üçüncü ölkələrin dəhlizə nəzarəti ilə razılaşmır və hər hansı bir sənəddə qeyd edilməyib.
Hüquq müdafiəçisi Xəzər Teyyublu Nikolun bu açıqlama ilə ruslara işarə vurduğunu hesab edir. Onun fikrincə, Ermənistan dəhliz statusu daşımayan yol olmasına razıdır: “Paşinyan bu gücü Qərbdən alır. Ona təlimat verilib ki, nə badə yola nəzarəti Rusiyaya verəsən. Bu, qlobal iqtisadi layihədir. ABŞ məsələyə strateji hadisə kimi baxır. Rusiyaya bu yoldan nəfəslik verilməsini istəmirlər. Yəni beynəlxalq münasibətlər getdikcə mürəkkəbləşir və kiçik ölkələr böyük oyunların təhrik edilmiş iştirakçısına çevrilirlər”.
Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, artıq Paşinyan Zəngəzur dəhlizinin açılması ilə razılaşıb, amma Rusiyanın bu dəhlizə nəzarət etməsini istəmir. “Əgər Paşinyan bu yolun açılmasına etiraz etmirsə, Tehranın spekulyasiyalarına cavab verməlidir.
Qeyd edim ki, İranın vitse-prezidenti bu iclasda iştirak edib. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və İran arasında danışıqların olması istisna deyil. Rəsmi Tehran Zəngəzur dəhlizi ilə bağlı qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi mümkün görünür.
Zəngəzur dəhlizinə nəzarəti sonunda Ermənistan və Azərbaycan təhlükəsizlik qüvvələri özləri nəzarət edəcək. Nə beynəlxalq təşkilata, nə də hər hansı bir dövlətə bu yola nəzarət etmək səlahiyyəti verilməyəcək. Sadəcə, Ermənistanla bu xüsusda sülh müqaviləsi bağlandıqdan sonra texniki şərtlər razılaşdırılmalıdır”- deyə ekspert vurğulayıb.

Firuz

Seçilən
16
tribunainfo.az

1Mənbələr