AZ

Dərman şirkəti olan “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır

Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Manufacturing” MMC nizamnamə kapitalını azaldır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd olunub ki, şirkət nizamnamə kapitalını 2.000.000 ABŞ dollarından 1.000.000 ABŞ dollarına azaldır. Bu isə 50 faiz deməkdir.

Xatırladaq ki, “Supreme Pharmatech Manufacturing” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. MMC Azərbaycanın paytaxtı Bakı yaxınlığındakı Pirallahı adasındakı Əczaçılıq Zonasında yerləşir. Şirkətin ümumi sahəsi 25 000 kvadratmetr olan 3 əczaçılıq zavodu var. MMC dərman, qida əlavəsi, kosmetika, tibbi cihaz və avadanlıqlar seqmenti üzrə fəaliyyət göstərir:

Seçilən
12
1
iqtisadiyyat.az

2Mənbələr