AZ

Bu hücum İrana proksilərinin tamamı ilə məhvi bahasına başa gələcək



İran İsrailin əlini gücləndirmək, onun Livana hücumunu legitimləşdirmək işinin öhdəsindən layiqincə gəldi. İranın İsrailə hücumu başa çatdı və bu raket hücumu nəticəsində bir fələstinli müsəlmanın öldüyü bildirildi. İran bu hücuma bir neçə qisasın cəmini yerləşdirdi və özünü ölkə daxilində bir mənada reabilitasiya etməyə çalışdı. Amma bu hücum İrana proksilərinin tamamı ilə məhvi bahasına başa gələcək. Daha doğrusu görünən odur ki, danışıq belədir.
Hücumdan müdafiə üçün heç bir kənar ölkə qarışmayıb, yəni raketlərin vurulması üçün. Sonradan ABŞ nəsə edəcəyini açıqlayıb ki, İsrailin təhlükəsizliyini qorumaq üçün ABŞ ordusu tədbir görsün.
Bu, artıq Hizbullahın və HƏMAS-ın sonunun gəldiyi anlamına gəlir. İran bir növ onların yox olması şərəfinə atəşfəşanlıq etdi və özünün adını təmizə çıxarmaq üçün tənqidlərdən yaxasını qurtardı. Yəni, biz, bizə edilənlərə cavab verdik, mənim işim bitdi. İndi İsrail nə etsə haqqı var.

Azər Qasımov
Seçilən
13
newscenter.az

1Mənbələr