AZ

İstanbulda FETÖ-yə qarşı növbəti əməliyyat: 6 şübhəli saxlanılıb

İstanbulda

İstanbulda Fətullahçı Terror Təşkilatına qarşı yeni əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı FETÖ üzvü olduğu müəyyən edilən və hələ də "təşkilat"da aktiv olan şəxslərin yerləri müəyyən olunub: "14 müxətlif ünvanda keçirilən əməliyyatla 6 nəfər tutulub, digərlərinin isə axtarışı davam edir".

Məlumata görə, tutulanların qaldığı məkanlarda 1 milyon 200 min lirə dəyərində qızıl və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

E.ARAZ
Reyting.az
Seçilən
30
reyting.az

1Mənbələr