AZ

“Pezişkian raket hücumundan xəbərdar edilməyib” - Qərb mətbuatının iddiası

İran Prezidenti Məsud Pezeşkiana İslam Respublikasının oktyabrın 1-də İsrailə raket zərbələri endirməsi ilə bağlı öncədən məlumat verilməyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadla məlumat yayıb.

Həmin məlumata görə, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri təşkil edib. Eyni zamanda, mənbələr iddia edirlər ki, Pezeşkiana “hücum başlamazdan əvvəl məlumat verilməyib”. Müşahidəçilərin fikrincə, bu, İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarından xəbər verə bilər.

“AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr