AZ

Sahil Babayev: Təsdiq olunan 1300 peşə və kvalifikasiyanın 48-i məhz yaşıl bacarıqlar, yaşıl peşələrlə bağlıdır

Sahil

Bakı, 2 oktyabr, AZƏRTAC

Əmək münasibətlərinin tənzimlənməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində həyata keçirilən silsilə tədbirlər nəticəsində son 6 il ərzində əmək müqavilələrinin sayı 44 faiz artıb. Həmin müddət ərzində məşğulluq orqanları tərəfindən 650 min işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub. 36 mindən artıq vətəndaşımız peşə hazırlığına, 2 min 600 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunub. 86 min ailəyə öz kiçik və mikro bizneslərinin qurulması üçün özünü məşğulluq proqramı çərçivəsində imkan yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində yaşıl bacarıqların inkişafına da xüsusi diqqət yetirilib. Belə ki, son 5 il ərzində 1300 peşə üzrə yeni standartlar və kvalifikasiyalar hazırlanaraq təsdiq olunub.1300 peşə və kvalifikasiyanın 48-i məhz yaşıl bacarıqlar, yaşıl peşələrlə bağlıdır.

 

Seçilən
2
1
azertag.az

2Mənbələr