AZ

Simone İnzaqidən qələbə şərhi

"İnter"in baş məşqçisi Simone İnzaqi komandasının Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda "Srvena Zvezda" üzərində qazandığı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı UEFA-nın mətbuat xidmətinə bildirib ki, futbolçuları topu mükəmməl şəkildə hərəkət etdirib, bir-biri ilə kombinləşiblər.

“Bütün suallarıma cavab aldım. Bu görüşdə komandanın çıxışından çox razıyam. Xüsusilə şanslarından istifadə edən Taremi və Arnautoviç üçün şadam”

Xatırladaq ki, "İnter" "Crvena Zvezda"nı 4:0 hesabı ilə məğlub edib. Bu görüşdə Taremi bir qol vurub və iki məhsuldar ötürmə edib.

Seçilən
6
90deqiqe.az

1Mənbələr