AZ

İran oktyabrın 3-dək mülki aviasiya üçün səmasını bağlayıb

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İran daxilində bütün uçuşlar oktyabrın 3-ü səhər saatlarına qədər təxirə salınıb...

Poliqon xəbər verir ki, bu barədə “Tasnim” Agentliyinə ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerlu məlumat verib.

“Uçuşların təhlükəsizliyini qorumaq və regiondakı vəziyyəti nəzərə almaq üçün sabah səhər saat 5-ə qədər ölkə üzrə bütün reyslər təxirə salınıb”, deyə rəsmi qeyd edib.

Qeyd edək ki, İsrailin yaxın vaxtlarda İrana cavab zərbələri endirəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr