AZ

İtkin düşən insanlar tapılmalı, onların taleyi ilə bağlı ailələrə informasiya verilməlidir -Küveyt XİN rəsmisi

İtkin düşən insanlar tapılmalı, onların taleyi ilə bağlı ailələrə informasiya verilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Küveytin xarici işlər nazirinin əsir və itkin düşmüş şəxslər üzrə köməkçisi səfir Rabea Saad Al-Adsani oktyabrın 2-də Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Küveyt kifayət qədər itkin düşmüş insanlarla bağlı çox böyük işlər görür: "Küveyt dövləti istər hərbi münaqişələrdə, istər qeyri-hərbi münaqişələrdə itkin düşən insanları tapmaq üçün böyük nailiyyətlər əldə edib. Bu, çox mühüm məsələdir və burada nailiyyət əldə edilməlidir. Biz ailələrlə bağlı çox mühüm məsələləri həll etmək üçün onlara lazım olan dəstəyi göstərməliyik. Küveyt olaraq bunu etdik. Bunun üçün eyni zamanda sıx əməkdaşlıq, beynəlxalq dəstək lazımdır. Bu məsələdə öz təcrübəmizi bölüşməyə hazıram".

Seçilən
10
12
ikisahil.az

10Mənbələr