AZ

Georgi Adamiya: “Qarabağ”ın “Malmö”nü məğlub edəcəyini düşünürəm

Georgi

Bakı, 2 oktyabr, AZƏRTAC

“Beynəlxalq oyunlarda atmosfer fərqli olur. Bu mənada sabahkı matçın da maraqlı keçəcəyinə inanıram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiya deyib.

Keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsində İsveçin “Malmö” klubu ilə keçirəcəyi II tur oyunundan danışan gürcüstanlı veteran hücumçu şansları dəyərləndirib.

O, “köhlən atlar”ın uğurlu nəticə qazanacağına inandığını bildirib: “Qarabağ”ın “Malmö”nü məğlub edəcəyini düşünürəm. Rəqib barədə geniş informasiyaya sahib olmasam da, bilirəm ki, son İsveç çempionudur və hazırda liqada birinci yerdə qərarlaşıb. Skandinaviya təmsilçiləri cinahlarda, eləcə də hava toplarında təhlükəli olurlar. Bu məqamlara diqqət yetirmək vacibdir”.

G.Adamiya Ağdam təmsilçisinin balanslı komanda olduğunu söyləyib: “Qarabağ” hücumda daha təhlükəli olsa da, komanda şəklində yaxşı mübarizə aparır. Düşünürəm ki, ötənilki uğur təkrarlanacaq və “Qarabağ” yenidən Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq. Buna çox inanıram”.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.

Seçilən
7
azertag.az

1Mənbələr