AZ

Qərbi Azərbaycanlıların qayıdışı üçün Zəngəzur dəhlizinin açılması vacibdir!

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlarını vurğulayıb.

 

"Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”, - dövlət başçısı vurğulayıb.

 

Prezidentin çıxışını Modern.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Farzi İsmayılov bildirib ki, Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtması beynəlxalq hüquq normalarına uyğundur:

 

"Zəngəzur və Ermənistanın digər bəzi əraziləri Azərbaycanın tarixi torpaqlarıdır. Hətta İrəvanın özü də vaxtilə böyük Azəərbaycan şəhəri olub və azərbaycanlılar çoxluq təşkil edib. Lakin onlar deportasiya olub və qovulublar. Təbii ki, bu insanların öz torpaqlarına, yurdlarına qayıtmağa haqları var və beynəlxalq hüquqa uyğun olan da budur. Sadəcə olaraq, indiki şəraitdə sərhədlər bağlıdır. Qayıdışın baş tutması indiki məqamda mümkün deyil". 

F.İsmayılov vurğulayıb ki, Qərbi Azərbaycanlıların yurdlarına qayıda bilməsi üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir:

 

"Zəngəzur dəhlizi açılarsa, insanlar Naxçıvana manesiz gedə bilərlər, digər yandan öz dədə-baba torpaqlarını da ziyarət edə bilərlər. Sülh müqaviləsi imzalanarsa, hesab edirəm ki, azərbaycanlılar yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıda bilərlər. Burada müəyyən mülklər alma və öz dədə-babalarının üvlərinə müəyyən iddialar qaldıra bilərlər. Orada çox yaxşı mədəniyyət ocaqları yarana bilər. Çünki, Qərbi Azərbaycanda azərbaycanlıların çox yaxşı mədəniyyət mərkəzləri olub. Bu, mədəniyyət mərkəzləri, məscidlər bərpa olunmalıdır. Bütün bunlar zamanla həyat keçirilməli və Azərbaycan əhalisi ora qayıtmalıdır. Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı sülh yolu ilə də mümkündür".

Seçilən
7
modern.az

1Mənbələr