AZ

Pentaqonun rəhbəri İsrailə hücumu şərh edib

Pentaqon rəhbəri Lloyd Austin İranın yəhudi dövlətinə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı keçirərək bunu "qeyri-adi təcavüz aktı" adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nazir və mən bir-birimizi İranın atdığı 200-ə yaxın ballistik raketdən İsrailin koordinasiyalı müdafiəsinə görə təqdir etdik və yaxın təmasda olmağı razılaşdıq. Mən həmçinin İsraildə dəhşətli və ölümcül terrorçu atışması nəticəsində zərər çəkmiş ailələrə dərin hüznlə başsağlığı verdim”, – Ostin paylaşıb.

Seçilən
7
ucnoqta.az

1Mənbələr