AZ

“Çelsi” 18 yaşlı futbolçu üçün mübarizəyə qoşulub

“Çelsi” “Palmeyras”ın braziliyalı müdafiəçisi uğrunda mübarizədə “Real” və “Arsenal”la rəqabətə hazırdır.Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, bu klubların hamısı Vitor Reisi transfer etməkdə maraqlıdır, lakin heç biri hələ də rəsmi təkliflə “Palmeyras”a müraciət etməyib.18 yaşlı futbolçu növbəti transfer pəncərəsində keçid üçün hazır olacaq. “Palmeyras”ın Reis üçün nə qədər təzminat tələb edəcəyi hələlik məlum deyil.“Çelsi” daha əvvəl Braziliya klubundan cinah oyunçusu Villian Estevaonu bonuslar daxil olmaqla 40 milyon avroya yaxın təzminat qarşılığında almışdı. O, 2025-ci ilin yayında “Çelsi”yə keçəcək.

Seçilən
7
komanda.az

1Mənbələr