AZ

Rusiyalı nazirin meyiti aşkarlanıb – Müəmmalı ölüm

  

Oktyabrın 1-də axşam saatlarında Moskva vilayətinin İstra rayonunda tanınmamış Luqansk Xalq Respublikasının (LXR) yanacaq, energetika və kömür sənayesi naziri Konstantin Zavizenovun meyiti tapılıb. 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, 50 yaşlı məmurun meyitini onun azyaşlı oğlu bağ evində aşkarlayıb. 

Məlumatda Zavizenovun bədənində güllə yarası olduğu bildirilir. Oğlunun sözlərinə görə, məmur ertəsi gün Kamçatkaya ova getməyi planlaşdırbmış . 

Məmurun masasında spirtli içki şüşələri və nə yazıldığı hələlik açıqlanmayan kağız parçası olub. Faktla bağlı prokurorluq araşdırma aparır. 

ElcanMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr