AZ

İsrail Xan Yunisi atəşə tutdu: 20 ölü

İsrail qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə zərbə endirib.. Hücumda 20 nəfərin həyatını itirdiyi bildirilir..

Qaziler.az Türkiyə mətbuata istinadən bildirir ki, İsrail ordusunun Xan Yunus şəhərinin şərqindəki Selam, Menara və Maan bölgələrinə səhər saatlarında təşkil etdiyi hücumlarda 20 nəfərin həyatını itirdiyi öyrənilib.

Türkiyə mətbuatı yazır ki, şahidlərin sözlərinə görə, fələstinlilərə məxsus evlər bombalanarkən, İsrail ordusu qəfil basqınlarla sözügedən bölgələrdə  insanlara atəş açıb.

İsrail ordusunun bölgəni tərk etməsindən sonra  həmin ərazidəki  evlərdən ölən və yaralananların çıxarılmasına başlanıb.

QAZİLER.AZ.

Seçilən
7
qaziler.az

1Mənbələr