AZ

“Veysəloğlu” niyə cərimələndi? - SƏBƏB

“Veysəloğlu” MMC xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2006-cı ildə dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 826 172 manat, qanuni təmsilçisi isə Bəxtiyar Adil oğlu Allahverdidir. 53 yaşlı B.Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir.

Mətbuatda “Veysəloğlu” şirkətinin və ona məxsus olan ARAZ, OBA və SPAR supermarketərinin sahibinin Aydın Veysəl oğlu Talıbov olduğu bildirilir. Şirkət A.Talıbovun atasının adına uyğun olaraq “Veysəloğlu” adlandırılıb.

 

Seçilən
11
iqtisadiyyat.az

1Mənbələr