AZ

Avtovağzalda sürücülər arasında dava: bıçaqlanan var

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib.Elchi.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb.Avtobus sürücüsü Elnur İsrafil oğlu Bayramov yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mersedes-Benz” markalı avtomobilin sürücüsü Qorxmaz Zəki oğlu Məmmədovun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.Elnur Bayramov şübhəli şəxs qismində saxlanılıb.Fakt araşdırılır.

Seçilən
6
5
elchi.az

10Mənbələr