AZ

Azərbaycan idmançılarının yeni reytinqi müəyyənləşdi

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahının ilk “üçlüy”ündə dəyişiklik olmayıb.

Cədvələ 590 reytinq xalı ilə Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov başçılıq edir. 

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncüdür.

Sıralamaya uyğun olaraq ilk "10-luq"da həmçinin kişi idman gimnastı Nikita Simonov (340 xal), cüdoçu Elcan Hacıyev (320 xal), atlet Anna Skidan (315 xal), digər cüdoçular Balabəy Ağayev (310 xal), Yaşar Nəcəfov (300 xal), Leyla Əliyeva (290 xal) və Zelim Tçkayev (280 xal) yer alıblar.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Seçilən
14
31
fanat.az

10Mənbələr