AZ

“Borussiya” azarkeşlərindən UEFA əleyhinə pankart - Foto

Ötən gün UEFA Çempionlar Liqasında əsas mərhələsində baş tutan “Borussiya” (Dortmund) – “Seltik” qarşılaşmasında tribunalarda UEFA əleyhinə pankart açılıb. 

“Qafqazinfo” xəbər verir ki, pankartda “UEFA Mafiya, idman vecinizə deyil, tək dərdiniz puldur” sözləri yazılıb. 

“Signal İduna Park”ın tribunasında azarkeşlər tərəfindən açılan bu pankart geniş müzakirələrə səbəb olub. Alman klubunun buna görə cəzalanacağı bildirilib. 

Qeyd edək ki, qarşılaşma Almaniya komandasının 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. 


Seçilən
6
qafqazinfo.az

1Mənbələr