AZ

“Crocus City” terrorunun istintaqında yeni gəlişmələr

Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı üzrə təqsirləndirilən şəxslər bir-birini ittiham edən ifadələr verirlər. 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında deyilir. Belə bir ifadələrin verilməsinin təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasına səbəb olduğu iddia edilir. 

Qeyd olunur ki, eyni səbəbdən iş üzrə təqsirləndirilən şəxslər azadlıqdadırlarsa, onlar bir-birini təhdid etməyə başlaya bilərlər. Sənəddə deyilir:

 “İstintaq təqsirləndirilən şəxslərin azadlıqda olarkən öz hərəkətlərini cinayətin şərikləri ilə əlaqələndirə, şahidləri və cinayətin digər iştirakçılarını təhdid edə biləcəyinə inanmaq üçün kifayət qədər əsaslara malikdir”. 

ElcanMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr